Gəlin sizinlə ən dadlı Döşəmə Plov hazırlamağın sirlərini bölüşək. ????
Ərzaqlar:
✔️ 2 stəkan Tamaşaee düyüsü;
✔️ 3 yemək qaşığı Miad kərə yağı;
✔️ 200 qr tikə quzu əti;
✔️ Duz;
✔️ İstiot;
✔️ Sarıkök;
✔️ 1 baş soğan;
Hazırlanması:
✔️ Quzu ətini iti bir bıçaq köməyi ilə kvadrat halda doğrayın.
✔️ Soğanları da doğrayın və Miad kərə yağı ilə qovurun.
✔️ Ətləri əlavə edin və suyunu çəkincəyə qədər orta dərəcə qazda qovurun.
✔️ 5-6 dəqiqə qovurduqdan sonra ətlərin üzərinə duz, istiot və biraz su əlavə edin.
✔️ Qapağı bağlı olaraq ətlər suyunu çəkib yumuşalana qədər bişirin.
✔️ Yuyub süzdüyünüz Miad Tamaşaee düyülərini duzlu suda bir az bişirib süzün.
✔️ Düyünün rəngli olması üçün sarıkök əlavə edin.
✔️ Sonra düyünü ətlərin üzərinə əlavə edin.
✔️ Qapağı bağlı olaraq orta dərəcə qazda bişirin.
Nuş olsun! ❤️
