Miad qarğıdalı yağında qızardılmış ləzzətli sosislərin dadını bu reseptlə daha çox sevəcəksiniz!

Corn dog resepti:

Ərzaqlar:

✔1 stəkan un;
✔1 stəkan qarğıdalı unu;
✔1/2 çay qaşığı duz;
✔Qarabibər;
✔Qırmızı bibər;
✔1,5 yemək qaşığı şəkər tozu;
✔1 qabartma tozu;
✔1 yumurta;
✔1 stəkan süd;

Qızartmaq üçün:

✔Miad qarğıdalı yağı;
✔Uzun çöplər;

Hazırlanması:

✔Bir qabda süd və yumurtanı qarışdırın.
✔Ayrı bir dərin qaba bütün quru ərzaqları tökün.
✔Sonra süd və yumurta qarışımını əlavə edib təkrar qarışdırın.
✔Lazım olarsa un və qarğıdalı unu tökün.

Sosisləri hazırlayaq:

✔Qaynadıqda suyunu süzüb bir salfetin üzərinə qoyun.
✔Soyuduqda sosisləri çöplərə keçirin.
✔Qatqını uzun fincana tökün.
✔Sosisləri onun içinə salıb çıxarın.
✔Dərin bir tavaya sosislərin üzərin örtəcək qədər Miad qarğıdalı yağı tökün.
✔Sosisləri qoyub bişirin.
✔Qəhvəyi rəng olduqda onları salfetin üzərinə qoyun.
✔Yağı çəkildikdə yeyə bilərsiniz.
✔Duz və istiotu istəyinizə uyğun nizamlaya bilərsiniz.

Nuş olsun. ❤️

ƏLAQƏ

Binəqədir r-nu, Xocasən şossesi, Yeni yol, Kenc 22.

(+994 12) 346 19 69

info@miad.az

Bizə yazın