???? Tez bir zamanda və rahatlıqla piroq bişirmək istəyənlər üçün Alma piroqu reseptini təqdim edirik!

Tərkibi və istifadə olunan ərzaqlar:

✅ 100 qr un
✅ 100 qr Eximo kərə yağı
✅ 100 qr şəkər tozu
✅ 2 ədəd yumurta
✅ 1 x/q vanil esensiyası
✅ 2 ç/q qabartma tozu
✅ 2 ədəd alma
✅zövqə görə ləpə (badam, qoz)

???????? Hazırlanması:

İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalınır. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə xırda doğranmış yağ, vanil və unu əlavə edilir. Alınan kütlə isinmiş və yağlanmış tavaya tökülür. Üzərinə qabığı soyulmuş alma dilimlənərək düzülür. Soba 180 C-dək qızdırılır. Piroq 40 dəqiqə ərzində üstü qızaranadək bişirilir. Piroqun hazır olduğunu yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın. Əgər çıxan kibritə xəmir yapışmayıbsa, piroqunuz hazırdır. Piroq öz formasında bir qədər soyuduqdan sonra onu formadan çıxardın. Üstünə şəkər kirşanı səpilərək süfrəyə verə bilərsiniz!

Nuş olsun!????

ƏLAQƏ

Binəqədir r-nu, Xocasən şossesi, Yeni yol, Kenc 22.

(+994 12) 346 19 69

info@miad.az

Bizə yazın