“ŞAH PLOV” resepti
Tərkibi:
- 800 qr. Düyü
- 500 qr. Qoyun əti
- 3-4 orta boy soğan
- 300 qr. Kərə yağı
- 5-6 ədəd iri lavaş
- 100 qr. Kişmiş/ 100 qr. Qaysı/ 100 qr. Albuxara
- Yarım limon, duz, istiot, zəfəran və ya sarıkök
Hazırlanması:
1-ci hissə:
Düyü limonlu və duzlu suya qoyulur, 30 dəqiqə saxlanılır;
Quru meyvələr islağa qoyulur;
Ət dördkünc formada doğranılır;
2-ci hissə:
Ət qovrulduqdan sonra, soğanı da qovururuq və bütün quru meyvələr əlavə olunaraq birlikdə qovrulur;
İslağa qoyulan düyü süzüldükdən sonra duzlu suda çox az qaynadılır və süzülür;
3-cü hissə:
Plovu bişirəcəyiniz qazan əridilmiş Kərə yağı ilə yağlanılır;
Lavaşların hər iki üzü bir-bir yağlanır, qazanın dibinə və kənarlarına düzülür;
Düyünün yarısı Lavaşların üzərinə tökülür, sonra yağ və zəfəran suyu ( və ya sarıkök) əlavə edilir;
Hazırlanmış qovurmanın hamısı qazandakı düyünün üzərinə tökülüb bərabər şəkildə yayılır, daha qalan düyünün hamısı qazana əlavə edilib yağ və ədviyyat səpilir;
Və nəhayət kənarlardakı lavaşları və əlavə 1 ədəd lavaşı yağlayıb düyünün üzərini qaplayırıq, qazanın ağzını aliminyum folqa və ya dəmir qapaq ilə bağladıqdan sonra sobaya qoyub 1 saat 180 ͦC dəmlənilir.
Nuş olsun!
