Tərkibi:

  • 4 ədəd yumurta
  • 1.5 st şəkər tozu
  • 170 ml Qarğıdalı yağı (MİAD)
  • 250 ml Qatıq 
  • 0.5 ç.q. Karbonat 
  • 1 p. qabartma tozu
  • 1 p. Vanil
  • 450 gr Un ( 2.5 st)
  • 3 ortaboy alma - qırmızı alma olması üstündür. 

Hazırlanması:

  • Əvvəlcə Almalar nazik, aypara şəklində doğranılır, üzərinə limon suyu tökülür ki, qaralmasın.
  • Yumurtalar köpürüb rəngi dəyişənədək 2-3 dəqiqə, şəkər tozu əlavə olunduqdan sonra 5  dəqiqə mikserlə çalınır.
  • Qarğıdalı yağı əlavə olunur, qatığa karbonat (soda) əlavə olunub köpürəndə qarışıma tökülür. 
  • Una vanil və qabartma tozu, (darçın – zövqə görə) əlavə olunub ələyərək qatılır.
  • Qaba töküldükdən sonra üzərinə doğranmış almalar düzülür.

10 dəqiqə 180-190 dərəcədə, daha sonra 150 dərəcədə 30 dəqiqə bişirilir.

ƏLAQƏ

Binəqədir r-nu, Xocasən şossesi, Yeni yol, Kenc 22.

(+994 12) 346 19 69

info@miad.az

Bizə yazın