Tərkibi:
Xəmir üçün:
1 stəkan yarım ilıq su
2 çay qaşığı quru maya
yarım çay qaşığı şəkər
1 çay qaşığı duz
4 stəkan un
1/4 stəkan əridilmiş marqarin
Üzəri üçün:
sosiska
pomidor
qarğıdalı
qara zeytun
pendir
əlavə də zövqünüzə görə nə istəsəniz
Hazırlanması:
İlıq su,maya və şəkəri kiçik bir qabda qarışdırın, şişənə qədər gözlədin.
Un və duzu geniş bir qabda qarışdırın və ortasını açaraq yağ və mayanı əlavə edin. Qarışdırın. Üzərinə yüngülcə un səpərək xəmirinizi yoğurun. Üzərini bezlə örtərək yarım saat istirahət etdirin.
İstədiyiniz böyüklükdə (2 parça tövsiyə edirik) oxlovla açın.
Üstünə pomidor püresini yaydıqdan sonra qalanlarını yerləşdirin.
Ən son pendiri də əlavə edib 200 dərəcədə 15-20 dəqiqə bişirin.
