Miad Azerbaijan
Günümüzün böyük “gündəlik istifadə üçün” məhsul distributeri MİAD Group 1978-ci ildə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyətə başlamışdır. Şirkət öz əhatə dairəsini genişləndirərək dünya üzrə bir çox ölkələrdə - Azərbaycan, Gürcistan, Tacikistan,Türkmənistan, Şri Lanka, İraq və s. - biznesini qurmuşdur.
1994-cü ildən Azərbaycanda “MİAD ailəsi” adı altında fəaliyyətə başlayan şirkət yerli idarə heyəti tərəfindən bugünə qədər yüksək standartlarla öz fəaliyyətinə davam edir.
Şirkətin misiyası Asiya və Avropa ölkələrindən ən keyfiyyətli gündəlik istifadə üçün qida məhsullarının Azərbaycan bazarında mövcudluğunu təmin etməkdir.

Dünəndən bu günə
1994
Azərbaycan bazarına qüvvətli addımlarla giriş etdik. Bir neçə il sonra artıq ərzaq məhsulları bazarında önəmli pay sahibi idik. Məhsullarımız istehlakçılar tərfindən çox müsbət qarşılandı.
1995
Süd məhsulları sahəsində öndə gedən Avropa şirkətlərindən olan "ARLA FOODS" amba ilə əməkdaşlığa başladıq.
2001
Hədəfimiz keyfiyyətli məhsul olduğu üçün Kərə yağında lider olan Avropa ölkələrini;Qarğıdalı yağı üçün isə Sinqapur və Malayziyanı hədəflədik.
2002
Dünyada ən keyfiyyətli Zeytun yağı istehsalçıları olan İtaliya və İspaniya ölkələrinin Zeytun yağlarını ölkə bazarına təqdim etdik.
2004
DÜYÜ – şirkətin əsas satış sahəsinə çevrildi. “Tamashaee Miad” brendi ilə düyü bazarının ən önəmli tədarükçülərindən olduq.